Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.org xəbər verir ki, sərəncamla Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Vaqif oğlu Ziyadova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Bundan başqa, Nazirliyin Penitensiar Xidməti rəisinin müavini Orxan Əziz oğlu Qasımova isə ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Gununsesi.org
COMMENTS