“Şimali Kiprdən Azərbaycana gedirəm” - Ərdoğan

“Ənənəyə uyğun olaraq, Şimali Kipr Türk Respublikasından Azərbaycana gedəcəyəm”.

Gununsesi.info Türkiyə mediasına istinadən  xəbər verir ki, bunu  Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla birgə mətbuat konfransı zamanı deyib.

HTML tutorial

Türkiyə Prezidenti vurğulayıb ki, Azərbaycanda görüşlər keçirəcək.

Qeyd edək ki, Ərdoğan sabah azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək.

Gununsesi.info