Bərdədə baş verən ağır yol qəzasında 7 nəfər xəsarət alıb

Bərdədə baş verən ağır yol qəzasında 7 nəfər xəsarət alıb

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Gununsesi.org-un “Report”-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Lada” markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org

COMMENTS