Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 230 yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb.
Gununsesi.org-un xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, koronavirusa yoluxanların sayı 5271 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 67 nəfərə çatıb.
Koronavirusdan sağalanların sayı 2419 nəfərdir.
Gununsesi.org
COMMENTS