22 yaşlı tələbə xərçəngdən vəfat edib

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi vəfat edib.

Universitetin İqtisadiyyat fakültəsinin dekanı Elçin Eyvazov Modern.az-a bildirib ki, tələbə Zərri Hacıyeva uzun sürət xəstəlindən sonra dünyasını dəyişib.

Onun sözlərinə görə, Zərri bütün imtahanlarda yaxşı nəticə göstərib:

“Son vaxtlar xəstəliyi ilə əlaqədar dərslərdə çox iştirak edə bilmirdi. Müəllimləri ondan razı idi. 3-cü kursdan xərçəng xəstəliyinə yoluxmuşdu. Dünən Türkiyədə müalicə aldığı xəstəxananada vəfat edib”.

Gununsesi.info