Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəm körpələr dünyaya gəlib.
Gununsesi.info “Yeni Sabah”a istinadən xəbər verir ki, üçəmlərin çəkiləri müvafiq olaraq 2 kq, 2,5 kq və 2,3 kq, boyları isə 48 sm, 48 sm və 47 sm təşkil edir.
Körpələr həkim-neonatoloqun nəzarəti altındadır.
1996-cı il təvəllüdlü ananın üçəmlərdən əvvəl iki oğlan övladı olub.











