İranda 19 yaşlı influenser öldürüldü

 İranda etirazlar zamanı 19 yaşlı influenser və fəal Baby Rider öldürülüb.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Diana Bahador rejimin qaydalarına açıq etiraz edirdi, internetdə hicabsız görünür və motosikldə akrobatik hərəkət videoları paylaşırdı. Çoxları üçün Diana itaətsizliyin və azadlığın simvoluna çevrilmişdi.

Son etirazlar zamanı qızın təhlükəsizlik qüvvələrinin nümayəndələri tərəfindən öldürüldüyü bildirilir.

Təhlükəsizlik qüvvələri ittihamları rədd edir. Dövlət mediası qızın guya motosikldə qəzaya düşərək öldüyünü iddia edir. Müstəqil araşdırma aparılmayıb. Cəsəd ailəyə bir neçə gün sonra verilib və dəfn gizli şəkildə – xüsusi xidmətlərin təzyiqi altında həyata keçirilib.

 

Gununsesi.info