Hazırda həbsdə olan jurnalist, “Arqument.az” saytının təsisçisi Şəmşad Ağanın anası vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı onun vəkili bildirib.
O da bildirilib ki, jurnalistin anasının dəfnində iştirak etməsi üçün aidiyyəti qurumlara rəsmi vəsatət təqdim edilib.
Hazırda vəsatətə baxılması gözlənilir.
Onu da qeyd edək ki, bir müddət bundan əvvəl jurnalistin qardaşı qızı da dünyasını dəyişmişdi.
Şəmşad Ağa “Meydan TV” işi üzrə həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.











