Argentina klubu “Ximnasiya” baş məşqçi Dieqo Maradona ilə bağlı qərarını açıqlayıb.
Gununsesi.org-un məlumatına görə, Buenos Ayres təmsilçisi futbol əfsanəsini daha bir il komandanın sükanı arxasında saxlayıb.
60 yaşlı mütəxəssis klubla müqavilə müddətini 2021-ci ilin dekabrına qədər uzadıb. O, ötən ilin payızından komandanı çalışdırır.
Qeyd edək ki, Maradonanın rəhbərliyi altında “Ximnasiya” 7 qələbə, 8 məğlubiyyət, 5 heç-heçə ilə yadda qalıb.
Gununsesi.org
COMMENTS