ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis tərəfindən boğularaq öldürülən afroamerikalı Corc Floydda koronavirusa yoluxma faktı aşkarlanıb.
Gununsesi.org “TASS”a istinadən xəbər verir ki, bu barədə Hennepin dairəsinin məhkəmə-tibb ekspertiza bürosunun saytında yayımlanmış meyityarma məlumatlarında qeyd olunub.
“3 may 2020-ci il tarixində aparılan COVID-19 analizləri pozitiv nəticələnib”,- deyə Baş məhkəmə-tibb eksperti Endryu Beyker tərəfindən imzalanmış sənəddə yazılıb.
Bununla belə Beyker infeksiyanın ölümünə səbəb ola biləcəyini deməyib. Hennepin dairəsinin məhkəmə-tibb ekspertizasının məlumatına görə, Floyd ürək-ağciyər şokundan (ürək dayanması və tənəffüsün kəsilməsi ) həyatını itirib.
Mərhumun ailəsi tərəfindən təşkil olunan müstəqil ekspertlər isə ölümə boğulmanın səbəb olduğunu müəyyən ediblər.
Gununsesi.org
COMMENTS