Maliyyə Nazirliyi bu dəfə MEDİA üçün problem yaradıb - Redaksiyaların vəsaitləri hələ də köçürülməyib, işçilər maaşsız qalıb

Oktyabr ayının 3 həftəsi geridə qalsa da sentyabr ayı üçün nəzərdə tutulmuş vəsait hesablara köçürülməyib. Habelə, Agentliyin öz işçilərinin maaşları da verilməyib.
Bu barədə “Gununsesi.info”-nu məlumatlandıran mənbə bildirib ki, səbəb Maliyyə Nazirliyinin büdcədən ayrılmış vəsaiti köçürülməsini ləngitməsi ilə bağlıdır.
Mənbə iddia edir ki, Agentliyin rəhbərliyində olan şəxslərin əməkhaqları Nazirliyin rəhbərliyini qane etməyib. Nəticədə rəhbərlikdə olan şəxslərin maaşları bir qədər azaldılıb.
Məlumata görə, əslində MEDİA əməkdaşlarının əməkhaqları KİVDF dövründən fərqli olsa da, o qədər də yüksək olmayıb, amma Maliyyə Nazirliyi maaşların “qayçılanmasında” israr edib.
Nazir Samir Şərifov bu qərarı verəndə nəzərə almalıydı ki, MEDİA-nın indiki rəhbərliyi Vüqar Səfərlinin yollunu getmir.
Redaksiyalara ayrılan vəsaitlərin gecikməsinə gəlincə, nazirliyin bu addımı saytlarda və qəzetlərdə ciddi problemlər yaradıb.
Mətbələrə çap xərcləri ödənilməyib, habelə işçilər sentyabr ayının maaşlarını da ala bilməyiblər.
Bu da redaksiyalarda narazılıq yaradıb.
Mənbə bildirib ki, oktyabrın sonuna qədər bu vəziyyət davam edəcək.
Onu da xatırladaq ki, Maliyyə Nazirliyi eyni problemi QHT-lər üçün də yaradıb.

Elmar
Gununsesi.info