
Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Novruzov həbs edilib.
Bu barədə Gununsesi.info-ya adıçəkilən rayondan mənbələr məlumat verib.
Məlumata görə, Eynulla Novruzov Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınırdı . Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmənin hökmünə əsasən icra başçısı ilə bərabər cəza alananlar arasında Eynulla Novruzov da var.
Məhkəmə hökmünə görə ona 8 il 3 ay cəza təyin olunub.
Gununsesi.info