“Yüksəliş”in qalibi Mikayıl Cabbarovun yanında təcrübə keçəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibi Ziya Mürsəlzadənin mentoru olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsində məlumat verilib.

Məlumatda deyilir ki, qalib nazirlə 1 il müddətində mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

Gununsesi.info