Hindistan Azərbaycandan neft alışını apreldə kəskin artırıb

Hindistan Azərbaycandan neft alışını apreldə kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Hindistan Azərbaycandan 5,4 mln. barel neft idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% azdır.

Gununsesi.org xəbər verir ki, APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, dördaylıq dövr üzrə azalmaya baxmayaraq, apreldə Hindistan Azərbaycandan neft idxalını kəskin artırıb. Belə ki, ötən ay Hindistan Azərbaycandan 1,98 mln. barel neft idxal edib. Bu, 2019-cu ilin eyni ayı ilə müqayisədə 95,4% çoxdur. Bu ilin mart ayı ilə müqayisədə isə apreldə idxal 25,7% azalıb.

Qeyd edək ki, Hindistan dünyanın üçüncü ən böyük neft idxalçısıdır və hesabat dövründə bu ölkəyə ən çox İraq (130,3 mln. barel) və Səudiyyə Ərəbistanı (101,1 mln. barel) neft idxal edib.

Gununsesi.org

COMMENTS