Slovakiya Baş naziri Robert Fitsonun videomüraciəti yayımlanıb.
Gununsesi.info xəbər verir ki, Robert Fitso müraciətində Azərbaycan və Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyinə ayrıca toxunub.
Robert Fitso, həmçinin Bakının mövqeyi ilə Slovakiyaya qarşı Avropa strukturları tərəfindən göstərildiyini iddia etdiyi təzyiqlər arasında paralel aparıb. O, Avropa Parlamentinin Avropa Komissiyasını Bratislavaya ayrılan Avropa fondlarının dayandırılmasına çağıran son qətnaməsini tənqid edərək, bunu Avropa bürokratiyasının növbəti “şedevri” adlandırıb.











