“Türkiyə Ukrayna məsələsində üzərinə düşən vəzifəni yerinə yetirməyə davam edəcək” - İBRAHİM KALIN

  • By admin
  • 20 Fevral 2022 02:40

Ukrayna probleminin həlli üçün dialoq və diplomatiyaya üstünlük verilməli, gərginlik azaldılmalı, qarşılıqlı gərginliyin azaldılması üçün addımlar atılmalıdır.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O qeyd edib ki, Ankara bu istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirməyə davam edəcək.

Kalın, həmçinin, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıqların davam etdiyini bildirib.

 

 

Gununsesi.info