Rostovda fövqəladə vəziyyət elan OLUNDU

Rusiya Federasiyasının Rostov vilayətində Donbasdan gələnlərin sayının artması ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilib.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Qolubev məlumat verib.

“Gələn vətəndaşların sayının artması tendensiyasını nəzərə alaraq, fevralın 19-da saat 10:00-dan (Bakı vaxtı ilə 11:00 – red.) fövqəladə vəziyyət rejiminin tətbiqini məqsədəuyğun hesab edirik”, – deyə o, operativ müşavirədə bildirib.

Gununsesi.info