Biz çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək.
Gununsesi.org-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, bəzi məsələlər var ki, buna məhz namizəd məsuliyyət daşıyır: “Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidir”.
M. Pənahov deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbilir: “Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bü barədə məluait vermək öhdəliyi yoxdur. Namzədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.
COMMENTS