Gununsesi.org xəbər verir ki, Həsən Hüseynov “Facebook” sosial şəbəkəsində yazdığı “status”unda rus dilini “yazıq” və “murdar” adlandırıb.
Məlumat üçün bildirək ki, Həsən Hüseynovun bu açıqlaması Rusiyada kəskin etirazlarla qarşılanıb. Sosial şəbəkələrdə və Rusiyanı aparıcı mətbuat orqanlarında bu məsələ geniş şəkildə işıqlandırılıb. Xüsusən ermənilərin nəzarət etdiyi mətbuat orqanlarında azərbaycanlı filoloqa qarşı təbliğat aparılır.
Qeyd edək ki, Həsən Hüseynov 1953-cü ildə Bakı şəhərində məşhur yazıçı Çingiz Hüseynovun ailəsində dünyaya göz açıb. Filologiya üzrə elmlər doktorudur. 1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. 1992-1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olub, Danimarka, Almaniya, ABŞ-ın universitetlərində dərs deyib. Bonn Universitetinin dosenti olub.
2011-ci ilin aprelindən 2012-ci ilin sentyabrına qədər – Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Humanitar Tədqiqatlar Mərkəzinin direktoru olub.
Yeniavaz.com
COMMENTS