“Heç bir gün də olmaz ki, valideynlərimin öldürüləcəyi ilə bağlı təhdid almayım…”
İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu Nyu-Yorkda ravvin Şamuli Botiç tərəfindən təşkil edilmiş bir tədbirdəki çıxışı zamanı hücumla üzləşib.
Gununsesi.org xəbər verir ki, Yair atasının siyasətini təriflədiyi cümlələr işlədərkən “Code Punk” antisionist hərəkatından olan 4 etirazçı salona daxil olub.
Etirazçılar baş nazir Netanyahunu ABŞ prezidenti Donald Trampa dəstək verdiyinə görə ucadan lənətləyiblər.
“Heç bir gün də olmaz ki, valideynlərimin öldürülməsi ilə bağlı təhdid almayım”- deyə Yair Netanyahu jurnalistlərə açıqlamasında bildirib. / Moderator.az
COMMENTS