6 saylı Birləşmiş Şəhər Xəstəxanası AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin şəkərdən komaya düşən qızının vəziyyəti ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
Gununsesi.org xəbər verir ki, xəstəxananın baş həkimi Bəyalı Məmmədov “Qafqazinfo”ya bildirib ki, 1998-ci il təvəllüdlü Esmira Asif qızı Yusifova təcili tibbi yardımla ağır vəziyyətdə xəstəxanaya çatdırılıb:
“Xəstə anadangəlmə I tip şəkər xəstəsi olub. O, dərhal reanimasiya şöbəsinə yerləşdirilib, tibbi yardım göstərilib, şəkəri normal vəziyyətə salınıb. Mən və müavinlərim bir neçə dəfə xəstənin vəziyyətinə şəxsən nəzarət etmişik. E. Yusifova hazırda həkim nəzarətindədir, müayinə və müalicəsi davam etdirilir”.
Sözügedən xəstəxananın baş həkimi Fazil Alməmmədov isə “Qafqazinfo”ya xəstənin həkimlərin təkidinə baxmayaraq, müalicə olunmaq istəmədiyi üçün imtina ərizəsi yazaraq xəstəxanadan çıxdığını qeyd edib.
Xatırladaq ki, 2015-ci il iyulun 15-də məhkəmə Asif Yusiflini təqsirli bilərək 7,5 il azadlıqdan məhrum edib. Sonradan Ali Məhkəmə cəza müddətini 6 ilədək azaldıb. O, dələduzluqda ittiham edilib.
COMMENTS