Məşhur aparıcı ailəlikcə koronavirusa yoluxdu –FOTO

Məşhur aparıcı ailəlikcə koronavirusa yoluxdu –

Türkiyənin tanınmış xəbər aparıcısı Hülya Seloni koronavirusa yoluxduğunu açıqlayıb. 

Gununsesi.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında bir müddət əvvəl ailəsinin və özünün analizinin pozitiv çıxdığını yazıb. 

“Kanal 7” nin uzun müddətdir efirlərdə görünməyən aparıcısı yaşadıqlarını izləyiciləri ilə bölüşüb: “Sevgili dostlarım, bildiyiniz kimi bir müddətdir ekranlarda görünmürəm. Təəssüf ki, ailəlikcə koronavirusa yoluxmuşuq. Aprelin 12-də simptomlar başladı və virusa yoluxduğumuzu bildik. Covid-19 müalicəmi tamamlayaraq dünən evə buraxılmışam. Həyat yoldaşım və qızım müalicəni evdə davam etdirdi. Hamımız yaxşıyır, şükür. Sadəcə istirahətə ehtiyacımız var”.

Gununsesi.org

COMMENTS