“Sumqayıt” yarımfinalda, “Keşlə” “Qarabağ”a qarşı

“Sumqayıt” yarımfinalda, “Keşlə” “Qarabağ”a qarşı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Gununsesi.org xəbər verir ki, günün ilk matçında “Neftçi” “Sumqayıt”ın qonağı olub. Qarşılaşma qolsuz başa çatıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan “Sumqayıt” adını yarımfinala yazdırıb.

Günün ikinci matçında isə “Keşlə” və “Qarabağ”la üz-üzə gələcək.

Xatırladaq ki, artıq “Qəbələ” və “Zirə” yarımfinala vəsiqəni təmin edib.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
20 dekabr

“Sumqayıt” – “Neftçi” – 0:0 ( İlk oyun 1:0)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov.
Sumqayıt. “Kapital Bank Arena”, 17:00.
İlk oyun – 1:0.

“Keşlə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov.
Bayıl. “ASCO Arena”, 20:00.
İlk oyun 0:1.

COMMENTS