
Dünya bazarlarında neft qiymətləri artır.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, Brent markalı neft 53,34 dollar səviyyəsinə qədər bahalaşıb.
Bu göstərici ötən ilin 4 martından bəri ən yüksək göstəricidir. Neftin 10 aylıq rekordu təzələməsi koronavirusun yeni növünün sürətlə yayılması, OPEK+ ölkələrinin neftin fevral hasilatı ilə bağlı qəti qərara gəlməməsi və s. amillərlə bağlıdır.