
İdman Arbitraj Məhkəməsi (CAS) Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Rusiya futbol komandalarının təşkilatın himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirakını qadağan edən qərarını qüvvədə saxlayıb.
Bildirilib ki, CAS-ın qərarı dünya çempionatına şamil edilmir.
Xatırladaq ki, fevralın 28-də FİFA və UEFA Rusiya klublarının və Rusiya millisinin bütün beynəlxalq yarışlarda iştirakını dayandırıb.
Təşkilatların qərarı açıqlandıqdan sonra Rusiya Futbol İttifaqı (RFU) CAS-a apellyasiya şikayəti verib.
Gununsesi.info