
Azərbaycan Yüksəliş Partiyasının dələduzluqda ittiham olunan sədri Anar Əsədli barəsində həbs qətimkan tədbirinin seçilməsi qərarından verilmiş şikayətə baxılıb. Bu barədə APA məlumat yayıb.
Bildirilir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən iclasda şikayət əsassız sayılaraq rədd olunub.
Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay 23 günlük həbs qətimkan tədbiri seçilib.
Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.
Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.
Bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulmuşdu.