Bərdə rayonunda “Amminal” partlayıcı vasitənin partlaması nəticəsində iki nəfər xəsarət alıb
Gununsesi.org-un məlumatına görə, hadisə rayonun Arabaçılar kəndində qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın əlində ” Amminal” partlayıcı vasitə ehtiyatsızlıqdan partlayıb.
Nəticədə gənc oğlan və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org
COMMENTS