Lerikdə yarım metr hündürlüyündə qar yağdı

Lerikdə yarım metr hündürlüyündə qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Gununsesi.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 19-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 33 mm, Lerikdə 14 mm, Astarada 12 mm, Yardımlıda 9 mm, Ordubadda 3 mm, Naxçıvan və Şahbuzda 2 mm, Ağdərə (Ordubad), Sədərək, Qusar, Quba, Biləsuvarda 1 mm , Bakıda və Abşeron yarımadasında 1-3 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü isə Lerikdə 55 sm, Sarıbaşda (Qax) 39 sm, Kişçayda 14 sm, Ordubadda 10 sm, Yardımlı, Xınalıq, Altıağacda 8 sm, Xaltan, Qrızda 7 sm, Şahbuzda 5 sm, Naxçıvanda 4 sm, Şahdağda 3 sm, Şərur və Şahbuzda 2 sm, Gədəbəy, Şəki, Qubada 1 sm olub.

Havanın minimal temperaturu dağlıq rayonlarda 5-7 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 11-14 dərəcə şaxta olub.

 

Gununsesi.org

COMMENTS