Lavrovdan Türkiyə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyə və İsrailin vasitəçiliyinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə RBC telekanalına müsahibəsində deyib.

“Əlbəttə, müharibəyə qoşulmayan ölkələrin, o cümlədən Türkiyənin vasitəçiliyini müsbət qiymətləndiririk”, – Lavrov qeyd edib.

Rusiyanın baş diplomatı vurğulayıb ki, vasitəçiliklə bağlı İsveçrədən də təkliflər gəlir. Nazir Rusiya əleyhinə sanksiyalara qoşulmuş ölkələrin vasitəçiliyindən imtina etdiyini söyləyib.

O əlavə edib ki, Vaşinqton Rusiya Federasiyası ilə əməkdaşlığa görə Çin, Hindistan, Misir, Türkiyə və digər ölkələrə təzyiq göstərməyə çalışır: “ABŞ səfirlərinə müvafiq ölkələrin liderlərini Rusiya ilə əməkdaşlıqdan çəkindirmək tapşırılıb”.

Lavrovun sözlərinə görə, 100-dən çox Türkiyə vətəndaşı Mariupoldadır, Ukrayna tərəfi onların humanitar dəhlizlərdən keçməsinə icazə vermir.

Gununsesi.info