
2023-cü ilin 1-ci rübündə 13-ü oğlan, 15-i qız olmaqla 28 uşaq övladlığa götürülüb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Gununsesi.info -ya verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir:
“Birinci rübdə də bu istiqamətdə 155 monitorinq aparılıb. Son 3 ayda həmçinin reinteqrasiya tədbirləri nəticəsində sosial xidmət müəssisələrindən 19-u oğlan, 17-si qız olmaqla 36 uşaq öz bioloji ailələrinə qaytarılıb”.
Xatırladaq ki, Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata keçirilir.
Gununsesi.info