
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) başda Cənubi və Şimali Amerika olmaqla, 30-dan çox ölkədə COVID-19-un “lambda” variantının aşkarlandığını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə ÜST-nin COVID-19-a qarşı mübarizə komandasının lideri Maria van Kerxove danışıb.
O, “lambda” ştamının “diqqət çəkənlər” siyahısına iyun ayının ortalarında daxil edildiyini və bu variantın ilk dəfə Peruda 2020-ci ilin dekabrında aşkarlandığını qeyd edib.
Kerxove təşkilatın “lambda” variantını yaxından izlədiyini və onun yayılması barədə məlumat almaq üçün bütün üzv dövlətlərlə əməkdaşlıq etdiyini əlavə edib.
Gununsesi.info