
Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keşən hissədə qeydə alınıb.
“VAZ 2107” markalı avtomobil yolu keçən Hacıqabul rayon sakini, 1963-cü il təvəllüdlü İsifova Sevda Ramazan qızını vurub. Ağır xəsarətlər alan piyada Şirvan xəstəxanasına çatdırılıb və aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır .
Gununsesi.info