
Bloku parlament seçkilərində ikinci olan Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deputat mandatından imtina edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə Feysbuk hesabında yazıb. Köçərryan bildirib ki, mandatını komandasından olan birinə güzəştə gedəcək.
“Bu gün “Ermənistan” alyansının rəsmi nümayəndəsi Aram vardevanyan mandatdan imtina etməyimlə bağlı ərizəmi Mərkəzi Seçki Komissiyasına təqdim etdi. İndi yerimi komanda üzvlərindən birinə verməyim doğru olardı” – eks-prezident yazıb.
Gununsesi.info