
“ABŞ səfirliyi son günlərdə Azərbaycan və Ermənistan sərhədində, Sədərək-Erasx yaxınlığında baş verən insidentlərdən narahatdır.”
Gununsesi. info xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin feysbuk səhifəsindəki paylaşımında yazılıb.
“Hər iki tərəfi gərginliyi tezliklə və dinc yolla azaltmağa və danışıqların bərpası üçün imkan yaratmağa çağırırıq”, – paylaşımda qeyd olunub.
Gununsesi.info