Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var

  • By ilhame
  • 02 Dekabr 2023 20:28

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

 

Gununsesi.info-nun Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, iki “Mercedes”in toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

 

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info