Könül Həmzəyeva axtarışa verildi

  • By Admin2
  • 10 Mart 2026 17:18

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva  barəsində cinayət işi açılıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Könül külli miqdarda dələduzluqda ittiham olunur.

K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsində istintaq aparılır.

Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. İnfluenserlər Xətai Rayon Polis İdarəsinə müraciət edib və Həmzəyevanın onların 150 min manatını mənimsədiyini bildirib.(Qafqazinfo)

Gununsesi.info