
Bu gün Azərbaycan Premyer Liqasında 15-ci turunun oyunlarına start veriləcək.
Gununsesi.info xəbər verir ki, turun açılış matçı saat 16:00-da “Kapital Bank Arena”da baş tutacaq. “Sumqayıt” klubu doğma meydanda “Səbail”i sınağa çəkəcək.
15-ci turun ən maraqla gözlənilən matçı sayılan “Qarabağ” – “Neftçi” arasında keçiriləcək qarşılaşma isə bu gün saat 18:30-da başlayacaq.
Sabah isə turun daha iki oyunu keçiriləcək. “Qəbələ” doğma meydanda “Keşlə”, “Zirə” isə “Sabah”la qarşılaşacaq.
Gununsesi.info