
Moskvada qarlı hava şəraiti səbəbindən bütün hava limanlarında uçuşlar təxirə salınıb və ya ləğv edilib.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, məlumata görə, hava limanlarında 85 uçuş təxirə salınıb, 7 aviareys isə ləğv edilib.
Qeyd edək ki, hazırda Moskvada qar örtüyünün qalınlığı 59 santimetrə çatır.
Gununsesi.info