
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.
Gununsesi.info xəbər verir ki, XV turun açılış matçında “Sumqayıt” və “Səbail” klubları üz-üzə gəliblər.
“Kapital Bank Arena”da keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.
İlk topu 26-cı dəqiqədə Murad Xaçayev vurub. Bundan 7 dəqiqə sonra Tellur Mütəllimov baxımlı qola imza atıb.
Görüşün 55-ci dəqiqəsində Peyman Keşavarzi qırmızı vərəqə alaraq qonaq komandanı azlıqda qoyub. Oyunda son nöqtəni isə 83-cü dəqiqədə penaltidən Əli Qurbani qoyub.
“Səbail” oyunu 9 nəfərlə başa vurub. Görüşün 90-ci dəqiqədə Kamran Ağayev kobud oyuna görə qırmızı vərəqə alıb. Bu vaxt qonaqlar hər 3 oyunçu dəyişikliyindən istifadə etdiyi üçün qapıya müdafiəçi Adil Nağıyev keçib.
Bu qələbə sayəsində “Sumqayıt” xallarının sayını 22-yə çatdırsa da, 4-cü pillədə qalıb. “Səbail” isə 13 xalla 6-cıdır.
Gununsesi.info