
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Belarusun basketbol üzrə milli komandasının vizalarını ləğv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Priti Patel “Twitter” hesabında yazıb.
O deyib ki, Belarusun kişilərdən ibarət basketbol komandasının vizasını ləğv edib, onların sabah axşam Nyukaslda oyunu var idi.
“Böyük Britaniya Putinin Ukraynaya səbəbsiz və qeyri-qanuni işğalında iştirak edən ölkələrin milli idman komandalarını qəbul etməyəcək” – Priti Patel qeyd edib.
O bildirib ki, digər Belarus idmançılarını da ölkəyə buraxmaq niyyətində deyillər.
Gununsesi.info