
Rusiyanın Şimal Donanmasının gəmilərinin ekipajı piratlarla mübarizə taktikalarını məşq ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Donanmanın mətbuat xidməti məlumat yayıb.
Təlimlər Atlantik okeanının şimal-şərq hissəsində keçirilib.
Təlimlərə “Marşal Ustinov” kreyseri, “Admiral Kasatonov” freqatı və “Vitse-admiral Kulakov” gəmiləri cəlb olunub.
Gununsesi.info