Həbs həyatı yaşadığı üçün təhsil aldığı İqtisad Universitetindən xaric edilən gənc fəal İlkin Rüstəmzadənin təhsilini davam etdirməsi üçün yaradılan əngəl aradan qaldırılıb.
Qeyd edək ki, bu gün İlkin Rüstəmzadə özünün sosial şəbəkə hesabında vəd olunmasına və qanunun tələblərinə baxmayaraq, rektorluğun təhsil nazirinin məktubunu əsas gətirərək onu ali məktəbə bərpa etmədiyini yazmışdı. Bununla bağlı narazılığını sosial şəbəkədə işıqlandıran İlkin Rüstəmzadənin bu etirazına dərhal reaksiya verilib. Belə ki, İlkin Rüstəmzadə ali məktəbə çağrıldığını və bərpa olunduğunu deyib: “Dostlar, indicə universitetdən çıxdım. Bir az əvvəl məni zəng edib dəvət etmişdilər. Mənə bildirdilər ki, Təhsil Nazirliyinin məktubu ilə bağlı məsələ anlaşmazlıq olub. Şəxsiyyət vəsiqəmi alıb yarım saat ərzində bütün texniki prosedurları həll etdilər və universitetə bərpa olunmağımla bağlı əmr imzalandı. Artıq, yenidən İqtisad Universitetinin tələbəsiyəm. Düzdür, yenə ödənişli olacaq, amma, olsun. Yazan, paylaşan hər kəsə təşəkkür edirəm. Lakin, problem məndə bitsə də, Qiyasda və Bayramda qalır. Diqqətimizi onlara yönəldək”.
Gununsesi.org
COMMENTS