Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şükri ilə görüşüb.
Gununsesi.org xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Misir arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Sameh Şükri Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün mükəmməl səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təbriklərini çatdırıb.
Nazir Elmar Məmmədyarov iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, xüsusilə enerji sahəsində əməkdaşlığı qeyd edib. Həmçinin turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri vurğulanıb.
Tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gununsesi.org
COMMENTS