
Sinqapurda keçmiş nişanlısını otel otağında boğaraq öldürən şəxs edam edilib.
Gununsesi.info bildirir ki, Sinqapurda 2019-cu ildən bəri ilk ölüm hökmü icra edilib. Sinqapurda otel otağında keçmiş nişanlısını boğaraq öldürən 35 yaşlı Banqladeş vətəndaşı Əhməd Salim bu gün edam edilib.
Sinqapur Polisinin yaydığı açıqlamada 2018-ci ildə keçmiş nişanlısını otel otağında boğaraq öldürən və daha sonra məhkəmə tərəfindən edam cəzasına məhkum edilən Salimin bu gün asılaraq edam edildiyi bildirilib.
Salim 2020-ci ildə məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib. Məhkəmənin qərarından sonra prezidentə xüsusi amnistiya üçün müraciət edən Salimə rədd cavabı verilib.
Gununsesi.info