Ukrayna ordusunda 2 komandan vəzifəsindən azad edilib

  • By ilhame
  • 11 Fevral 2024 13:49

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (USQ) komandanlığında yeni dəyişikliklər edib.

 

Gununsesi.info xəbər verir ki, müvafiq sərəncamlar prezidentin rəsmi saytında dərc olunub.

 

Belə ki, Zelenski Sergey Nayevi Birləşmiş Qüvvələrinin komandanı, Maksim Mirqorodskini isə Hava Desant Qüvvələri komandanı vəzifələrindən azad edib.

 

Prezidentin digər sərəncamları ilə Aleksandr Pavlyuk Quru Qoşunlarının komandanı, Yuri Sodol Birləşmiş Qüvvələrin komandanı, İqor Skibyuk Hava Desant Qüvvələrinin komandanı, İqor Plaxuta Ərazi Müdafiə Qüvvələrinin komandanı təyin edilib.

Gununsesi.info