Kanada yığmasından xokkey üzrə dünya çempionatının finalında inanılmaz geri dönüş:10 dəqiqəyə 3 şayba - VİDEO

Kanada yığmasından xokkey üzrə dünya çempionatının finalında inanılmaz geri dönüş:

Kanada yığması gənclər arasında xokkey üzrə dunya çempionu oldu.

Gununsesi.org xəbər verir ki, final qarşılaşmasında kanadalılar Rusiya yığmasını 4:3 hesabı ilə məğlub edib.

Oyunun qurtarmasına 10 dəqiqə qalmış Kanada 1:3 hesabı ilə uduzurdu, lakin oyuna “qayıdıb”, ard-arda 3 şayba vuraraq qələbə qazanıb.

Beləliklə, kanadalılar həmin yarışın qrup mərhələsində rusiyalılara biabırçi məğlubiyyətin (0:6) əvəzini çıxıblar.

Kanadanın gənclərdən ibarət yığması tarixində 18-ci dəfə dünya çempionu olub.

Xəbər oxu.az saytında dərc edilib.

 

 

 

 

Gununsesi.org

COMMENTS