Xorvatiya xalqı müxalifəti hakimiyyətə gətirdi – Yeni prezident seçildi – FOTO

Xorvatiya xalqı müxalifəti hakimiyyətə gətirdi – Yeni prezident seçildi – FOTO

 Xorvatiyanın Sosial Demokrat Partiyasının (SDP) sədri və ölkənin keçmiş baş naziri Zoran Milanoviç prezident seçkilərində qalib gəlib.

“İnterfaks” xəbər verir ki, bu barədə Xorvatiyanın Dövlət Seçki Komissiyası qeyri-rəsmi məlumat yayıb.

 

Məlumata əsasən, siyasətçiyə seçicilərin 52,7 faizi səs verib. Ölkənin hazırkı prezidenti Kolinda Qrabar-Kitaroviç isə 43,7 faiz səs toplayıb.

Xatırladaq ki, Kolinda Qrabar-Kitaroviç 2015-ci ilin fevralından Xorvatiyaya başçılıq edib.

Xəbər oxu.az saytında dərc edilib.

 

 

 

 

 

Gununsesi.org

 

 

COMMENTS