Kanadanın Baş naziri Castin Trüdonun əsas təyyarəsi 2020-ci ilin avqust ayına qədər sıradan çıxıb.
Gununsesi.org Oxu.az-a istinadla xəbər verir ki, bu barədə CTV kanalı Kanada Silahlı Qüvvələrinə istinadla xəbər verib.
Telekanalın məlumatına görə, hadisə oktyabrın 18-də Ontario əyalətinin Trenton şəhərində hərbi bazada baş verib. Həmin vaxt təyyarə anqara çırpılıb. Nəticədə, hava gəmisinə ciddi zərər dəyib.
O da vurğulanır ki, təyyarə Baş naziri beynəlxalq tədbirə aparırmış. Siyasətçi Trüdo Londonda NATO-nun sammitinə HHQ-nin başqa təyyarəsində uçub.


COMMENTS