Qazaxıstanda ağır yol qəzası: 8 ölü, 21 yaralı var

Qazaxıstanda ağır yol qəzası: 8 ölü, 21 yaralı var

Qazaxıstanın Qızıl-Orda bölgəsində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

Gununsesi.org “TASS”-a istinadən xəbər verir ki, 21 nəfərin yaralandığı qəzada həlak olanların hamısı Qazaxıstan vətəndaşlarıdır. Məlumata görə, “Neoplan” markalı avtobus yerli neft şirkətinə aid olub. Avtobusun salonunda 36 sərnişin olub.

Faktla bağlı cinayət işi açılıb.

COMMENTS