Ankara:”Rusiya və Ukrayna danışıqlar masası arxasında əyləşməyə hazır deyil”

“Hazırda İstanbulda Ukrayna münaqişəsinin həlli üzrə danışıqların bərpası üçün heç bir ilkin şərt yoxdur”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan diplomatik mənbə vəziyyəti belə qiymətləndirib:

“Danışıqları bərpa etmək üçün ilkin şərtlər lazımdır. Hazırda heç biri yoxdur”.

Məlumata görə, Ankara münaqişə tərəflərini danışıqlar masası arxasına əyləşməyə hazır görmür.

Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər dəfə ölkənin bu məsələdə hər hansı vasitəçilik istəyini vurğulayır.

Bildirilir daha əvvəl Ərdoğan qeyd edib ki, hərbi lobbi Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair 2022-ci ildə İstanbul danışıqlarını əngəlləyib.

Türkiyə lideri, həmçinin hesab edir ki, Ukraynada Rusiyanın iştirakı olmadan sülh təşəbbüslərinin uğur qazanma şansı azdır.

 

 

 

 

Şəbnəm

Gununsesi.info